28 Avqust 2025 / 12:59

Mənzilə qaz verilməyibsə, bəs partlayış nədən baş verib?

“Blokdakı partlayış səsinə oyandım, çox qorxulu idi. Qonşular qışqırırdılar ki, çıx çölə, partlayış olub. Xalat geyinib, aşağı qaçdım. Hər yeri su basmışdı”.
Tezadlar.az bildirir ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsindəki beşmərtəbəli binada partlayış baş vermiş mənzilin sahibəsi Alevtina Kərimova belə deyib. Xanım baş verənləri belə xatırlayıb: “Mən dördüncü mərtəbədə yaşayıram, partlayış isə beşinci mərtəbədə olub. Həmin mənzildə dördnəfərlik ailə kirayə qalırdı, ev isə mənə məxsusdur. Kişinin həyat yoldaşı və iki uşağı rayona istirahətə getmişdilər, evdə təkcə özü qalmışdı. O, ciddi xəsarət alıb və xəstəxanaya aparılıb. Partlayış o qədər güclü olub ki, kişini dama tullayıb. Evin tavanı dağılıb, səma görünür”.
A.Kərimova bildirib ki, partlayışın hansı səbəbdən baş verdiyini bilmir: “Evimdə üç gündür qaz yoxdur. O evdə qalan kişi də deyirdi ki, qaz işlətmir”.
***
Maraqlıdır, bəs evə qaz verilməyibsə, partlayış nədən baş verib.
Tezadlar.az praktikaya istinadla xatırladır ki, elektriklə işləyən əldədüzəltmə su qızdırıcıları həddindən artıq qızanda və klapan işləməyəndə daxildə qaynama temperaturu yüksəlir, daxili buxar təzyiqi artır və qızdırıcı balon partlaya bilir…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!