9 Aprel 2026 / 12:17

“Məqalələrimizdən sonra musiqiçilərimizə Oman üçün 500 manat verdi” – Xalq artisti

Xəbər verdiyimiz kimi, bir müddətdir Azərbaycan Dövlət Opera və Balet Teatrında bəzi aktyorlar direktor, Xalq artisti Yusif Eyvazovdan şikayət ediblər. 

Tezadlar.azın məlumatına görə, Xalq artisti Əvəz Abdullayev işdən çıxarıldığını və kollektivin Oman səfəri zamanı heç kimə qonorar ödənilmədiyini bildirib.

Bu gün isə Xalq artisti Əvəz Abdullayev sosial mediada paylaşdığı  statuslarından sonra qonorar ödənildiyini bildirib:

“Feysbuk sağ olsun ki, onun sayəsində Teatr rəhbərliyi ilə ünsiyyət qururuq və o cavab verdi: məqalələrimizdən sonra musiqiçilərimizə Oman üçün 500 manat (250 avro) verdi. Ümid edirəm ki, onları çox qorxutmadıq. Amma bir məsələ var: xarici həmkarlarımız bu iş üçün 10 dəfə çox pul aldılar. Direktoru xəbərdar etmək istərdim. Əgər etdiyimiz hər hərəkətə cavab vermək üçün bu qədər gecikirsinizsə, səhv edirsiniz”.

Qeyd edək ki, Ə.Abdullayev teatrdan işdən çıxarılması ilə bağlı qalmaqallı paylaşım edib. Opera və Balet Teatrı   isə müqavilənin bitdiyini və yenilənmədiyini bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!