30 Sentyabr 2025 / 09:57

Merz Almaniyada sülhün bitdiyini elan etdi

Almaniya artıq sülh içində deyil.

Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz “Rheinische Post” qəzetinin təşkil etdiyi tədbirdə bildirib.

Almaniyanın silahlı münaqişəyə cəlb olunma riski ilə bağlı sualı cavablandıran o, “Biz müharibədə deyilik, lakin artıq sülh içində də deyilik. Biz tamamilə fərqli bir dünyada yaşayırıq” deyib.

Siyasətçi Danimarka və Şlezviq-Holşteyn ştatında naməlum pilotsuz təyyarələrlə bağlı insidentlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu hadisələr həyəcanvericidir, lakin bu dronların mənşəyi hələ də məlum deyil.

Merz daha əvvəl bəyan etmişdi ki, Almaniya hazırda müasir tarixin ən çətin dövrlərindən birini yaşayır. O bildirib ki, “bütün Qərb dəyərlər icması” Almaniya iqtisadiyyatına təsir edən ciddi sınaq qarşısındadır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!