26 Avqust 2025 / 20:15

Məşhur azərbaycanlı aktrisa gizli sevgilisi ilə kameralara tuş gəldi

Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntülənib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

2 ay öncə sevgilisi Pamir Pekin ilə ayrılan Cavadzadənin yeni sevgilisi ilə fotoları pərəstişkarlarını təəccübləndirib.

Nəsrin Bebekdəki oteldə yeni sevgilisi ilə kameralara tuş gəlib.Oteldən çıxarkən jurnalistlərə rast gələn cütlük təlaşa düşüb. Aktrisa taksiyə minərkən üzünü gizlətməyə çalışıb və sevgilisi oradan uzaqlaşıb.

Jurnalistlərin “İkinizin arasında münasibət varmı?” sualına cavab verməyən Cavadzadənin yeni sevgilisinin kimliyi hələ məlum deyil.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!