“Braziliyalı Papay” kimi tanınan ağır atletikaçı Arlindo de Souza Braziliyada vəfat edib.
Tezadlar.az BILD-ə istinadən xəbər verir ki, onun cəmi 55 yaşı vardı.
Yaxınlarının sözlərinə görə, o, çoxsaylı orqan çatışmazlığından vəfat edib. İdmançı ötən ilin sonlarında xəstəxanaya yerləşdirilib, lakin vəziyyəti sürətlə pisləşib. De Souza anası ilə birlikdə Braziliyanın Olinda şəhərində yaşayırdı. Bodibilderin qardaşı qızının yerli mediaya verdiyi məlumata görə, əvvəlcə böyrəklərindən biri sıradan çıxıb, sonra ağciyərlərində maye yığılmağa başlayıb. Faciə ailə üçün tamamilə sürpriz olmayıb. Beləki Arlindonun sağlamlığı illərdir ciddi narahatlıq mənbəyi olub. De Souza ətrafı 74 santimetrə çatan nəhəng bisepsləri ilə məşhurlaşıb. Onun şəkilləri dünya miqyasında yayılaraq onu internet ulduzuna çevirib. O, özü də bu nəticəni təkcə məşqlə əldə etmədiyini gizlətmirdi. İdmançı illərdir həyati riskləri gözə alaraq əzələlərinə yağ yeridirmiş. İllər öncəsi onun bodibilder dostu da bu səbəbdən vəfat etmişdi.
“O qəbul etdi, mən də qəbul etdim, amma o, həddindən artıq qəbul etdi. Heç kimə bu yağı istifadə etməyi məsləhət görmürəm”, – de Souza o vaxt açıqlamışdı.
Amma təəssüf ki, dostunun ölümü belə idmançıya dərs olmayıb. Və o, məşhurluğu seçməyi səbəbdən artıq həyatda yoxdur…