5 Oktyabr 2025 / 17:47

Məşhur teleaparıcı evində ölü tapılıb

Hondurasdan olan teleaparıcı və TikTok blogeri Cennifer Nikol Rivas evində ölü tapılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

21 yaşlı gənc evdə epilepsiya tutması keçirib və sonra huşunu itirib. O, qısa müddət sonra dünyasını dəyişib.

Səlahiyyətlilər onun ölümünün təbii səbəblərdən olduğunu təsdiqləyiblər.

Cenniferin 100.000-ə yaxın TikTok izləyicisi var idi və eyni zamanda CHTV-də aparıcı kimi çalışırdı.

Teleaparıcının vəfatı sosial şəbəkələrdə başsağlığı dalğasına səbəb olub, həmkarları, dostları və pərəstişkarları kədərlərini ifadə edib, istedadını xatırlayıblar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!