3 Sentyabr 2025 / 22:48

Mətbuat konfransında maraqlı an: Putin Peskova “işləmək istəmir” dedi

Rusiya Prezidenti Vladimir Putin Çinə səfərindən sonra keçirdiyi mətbuat konfransında Kremlin sözçüsü Dmitri Peskovu zarafatla tənbəl adlandırıb.

“Tezadlar” xəbər verir ki, müsahibədə jurnalistlərin sualları davam etməsinə Peskov müdaxilə edib: “Vladimir Vladimiroviç, bu, uzun müddət davam edə bilər”.

Putin isə Peskovun müdaxiləsinə belə reaksiya verib: “Xeyr, indi bitirəcəyik. Tənbəl, işləmək istəmir. Yaxınlıqda dayanıb tənbəldir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!