Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Bakıya gətirilib.
Azərbaycan Tibb Universitetindən verilən məlumata görə, Zaur Mahmudov dünən axşam Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, ötən gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə mina partlaması nəticəsində xəsarət alıb. ANAMA əməkdaşına sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu qoyulub. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilirdi.
TEZADLAR.AZ
.