2 Oktyabr 2025 / 18:13

Milli Məclis sədri Böyük Britaniya, Sinqapur və Avstraliya parlament rəhbərləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) bir sıra görüşlər keçirib.

“Təzadlar” xəbər verir ki, Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçirilən tədbir çərçivəsində Milli Məclis sədri Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl, Sinqapur Parlamentinin sədri Seah Kian Penq, Avstraliya Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dik ilə görüşüb.

Söhbətlərdə sammitin əhəmiyyəti vurğulanıb, həmçinin ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!