Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2025 / 18:58

Milli Ordunun Qürur Yolu – 26 İyun Silahlı Qüvvələr Günü

Azərbaycan Ordusunun təməli 1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi təşəbbüslərlə qoyuldu. Dövlət Müdafiə Komitəsinin yaradılması, ilk hərbi hissənin – 705 saylı briqadanın təşkili və keçirilən parad müstəqil ordumuzun ilk real addımları oldu.

1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə ordu quruculuğu sistemli xarakter aldı. Ordumuzun strukturu yeniləndi, müasir silahlarla təchizat gücləndirildi və döyüş qabiliyyəti artırıldı.

Bu gün Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü ordularından birinə çevrilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər bunun bariz sübutudur.

Silahlı Qüvvələrimiz həm güclü ordu, həm də milli iradə və qürur simvoludur.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi:
“Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”

Bu münasibətlə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və qazilərimizi təbrik edirik!

Səfərov Fuad

Məcidov Yasin

Zeynalo Kamandar

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!