Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa “Mirage 2000” qırıcılarının Ukraynaya təhvil verilməsi prosesi davam edir.
Tezadlar.az xəbər verir ki, bunu Fransanın Ukraynadakı səfiri Qael Veyssyer “İnterfaks-Ukrayna” agentliyinə verdiyi müsahibədə bildirib.
“Əlbəttə ki, proqram davam edir. Pilot təlimi də davam edir”, – deyə o, jurnalistlərə bildirib.
Veyssyer düşmənə məlumat verməmək üçün Ukraynaya artıq təhvil verilən qırıcıların sayı barədə təfərrüatları açıqlamaqdan imtina edib.
Fransanın Ukraynadakı səfiri həmçinin mediada SCALP raketlərinin çatışmazlığı ilə bağlı yayılan xəbərlərə də cavab verib. O, ölkənin böyük ehtiyatlarının olmadığını və bu raketlərin istehsalının uzun müddət çəkdiyini etiraf edib, lakin Paris mümkün olan hər şeyi edir.
Veyssyer əmin edib ki, Fransa Ukrayna Silahlı Qüvvələrinin faktiki ehtiyaclarına mümkün qədər yaxından uyğunlaşaraq hərbi dəstək sahəsində çox iş görməyə çalışır. O, Fransanın hərbi cəhətdən güclü Ukrayna görmək istədiyini vurğulayıb.
“Ukraynanın danışıqlar zamanı da daxil olmaqla, mümkün olan ən yaxşı vəziyyətdə olması üçün bizə güclü Ukrayna, xüsusən də güclü ordu lazımdır”, – diplomat bildirib.
“Mirage” Rusiyanın hava təhdidlərinə qarşı mübarizədə olduqca təsirlidir.
“Dassault Mirage 2000”-lərdən birini idarə edən ukraynalı pilot “Business Insider”ə verdiyi açıqlamada Fransa qırıcısının Rusiyanın hava təhdidlərinə qarşı mübarizədə demək olar ki, mükəmməl performans nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, dronlar və raketlərin tutulma nisbəti 98%-dir.
“Mirage 2000”-in yüksək effektivliyinə baxmayaraq, heyət qeyd edir ki, Rusiyadan gələn kütləvi zərbələrə qarşı mübarizə aparmaq üçün orta və ya daha uzun mənzilli raketlər lazımdır. Pilot qeyd edib ki, Rusiya dronlarının və raketlərinin axınından qorunmaq üçün “effektivlik və xərc arasında bir şey” lazımdır.
E.ŞİRİNOV