Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının bu gün keçirilən sonuncu iclasında məlumat verib.
Spiker bildirib ki, bununla bağlı təkliflər olub və müvafiq qərar verilib.
Xatırladaq ki, qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.
Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də bitir.