Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə media nümayəndələri üçün növbəti mediatur təşkil edilib.
Müdafiə Nazirliyindən bildirilib ki, media nümayəndələri bu ərazilərdə dislokasiya olunan bölmələrdə və döyüş mövqelərində yaradılan şəraitlə tanış olub, hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər.
Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunan ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.
Mediatur çərçivəsində azad olunmuş ərazilərdə xidmət edən bir qrup qadın hərbi qulluqçuya və mülki işçiyə, o cümlədən tədbirdə iştirak edən qadın jurnalistə gül dəstələri və hədiyyələr təqdim olunub.
TEZADLAR.AZ