Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağır qəza keçirən cütlük möcüzəvi şəkildə sağ qaldıqdan sonra evlənməyə qərar verib.
Tezadlar.az xəbər verir ki, Çində baş verən ağır yol qəzasından möcüzə nəticəsində salamat çıxan cütlük həmin gün evlənmək qərarına gəlib. Hadisə barədə South China Morning Post məlumat yayıb.
Hadisə iki zolaqlı yolda yük maşınını ötməyə çalışarkən baş verib. Belə ki, maşının təkəri partlayıb, nəticədə yük avtomobilinin altında qalıb.
Zərbənin gücündən avtomobilin həm ön, həm də arxa hissəsi ciddi deformasiyaya uğrayıb. Buna baxmayaraq, sürücü və onun sərnişini yalnız yüngül yara və göyərmələrlə xilas olublar. Hadisə yerinə gələn yol polisi əməkdaşları da onların sağ qalmasını “möcüzə” adlandırıb.
Yük maşınının sürücüsü ümumiyyətlə xəsarət almayıb.
Tək maneə qəza zamanı paltarların cırılması olub. Gənc qadın həmin formada nikaha getməkdən imtina edib. Lakin üç gün sonra onlar doğma şəhərlərində nikah bağlayıblar.