Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 May 2025 / 12:53

Modi üç Avropa ölkəsinə səfərlərini ləğv edib

Hindistanın baş naziri Narendra Modi gələn həftə üç Avropa ölkəsinə planlaşdırılan səfərlərini ləğv edib.

Tezadlar.az xəbər verir ki, “Indian Express”in məlumatına görə, Hindistan hökuməti başçısının Xorvatiya, Norveç və Hollandiyaya səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Səfərlərin ləğvinin səbəbi hələlik açıqlanmayıb, lakin belə bir qərarın mayın 7-də Yeni Dehlinin Pakistanın nəzarətində olan Kəşmirdə başlatdığı “Sindoor” hərbi əməliyyatı fonunda verildiyi açıq-aydın görünür.

Məlumdur ki, Modi Norveçdə Şimali Avropa dövlətlərinin liderlərinin iştirakı ilə keçiriləcək Hindistan – Nordic Sammitində iştirak etməli idi.

Bundan əvvəl Kreml Modinin də Moskvada keçiriləcək Qələbə bayramına qatılmayacağı barədə məlumat vermişdi. Qarşıdan gələn 9 May bayramlarında Hindistanı Müdafiə üzrə Dövlət Naziri Sanjay Set təmsil edəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!