Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moldova MDB-dən çıxmaq prosesinə rəsmi şəkildə başlayıb. Tezadlar.az md.kp.media-ya istinadla xəbər verir ki, bu barədə Moldova XİN naziri Mihai Popşoy açıqlamasında qeyd edib. Sitat: “Bu o deməkdir ki, Moldova Respublikası rəsmi olaraq MDB üzvü olmayacaq. İndiyədək hüquqi baxımdan biz üzv idik. Bu üç əsas sazişin ləğvi, hansı ki, bizim MDB-də iştirakımızın hüquqi əsasını təşkil edir, bizə imkan verəcək ki, hüquqi baxımdan Moldova artıq MDB üzvü olmadığını söyləyək, çünki bizim iştirakımız faktiki olaraq dayandırılıb. Moldova Respublikası rəsmi olaraq MDB-nin bir hissəsi olmayacaq. Bu proses artıq başlanıb, qərarı yaxınlarda qəbul etdik və təsdiqləmə prosesi də başlayıb.” Nazirin qeyd etdiyi üç sənəd MDB-nin nizamnaməsi, təşkilatın yaradılması haqqında saziş və həmin sazişin əlavəsidir.