21 Avqust 2025 / 13:57

Moskva-Soçi reysi ilə uçan sərnişin təyyarənin göyərtəsində ölüb

56 yaşlı kişi Moskvadan Soçiyə uçarkən ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Hadisə Ural Hava Yollarına məxsus təyyarənin göyərtəsində baş verib. Kişi özünü pis hiss edəndə ekipaj ona kömək etməyə başlayıb. Lakin sərnişin huşunu itirib və kapitan Mineralnıye Vodıya təcili eniş etmək qərarına gəlib.

Yerli hava limanında təyyarəni təcili yardım maşını qarşılayıb. Təəssüf ki, həkimlər sərnişini xilas edə bilməyiblər və onun öldüyünü elan ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!