Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Bəlkə də klub daxilində öz mövqeyini gücləndirmək üçün belə danışıb”.
Tezadlar.az xəbər verir ki, bunu “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında söyləyib.
Mütəxəssis bu fikirləri İstanbul klubunun vitse-prezidenti Həmdi Akının açıqlamasına cavab olaraq deyib: “Sabahkı qarşılaşmanın asan olacağını bildirən şəxsin kim olduğunu bilmirəm. Mən onu tanımıram”.
Xatırladaq ki, “Fənərbağça”nın vitse-prezidenti Hamdi Akın daha əvvəl “Benfika”nı rahatlıqla məğlub edə biləcəklərini və onların ciddi rəqib olmadığını söyləmişdi.