Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Oktyabr 2025 / 08:36

Müasir hərb tarixinə düşən Cəbrayıl döyüşü- KEÇMİŞƏ BAXIŞ

…İndi çaqqallıq etsə də, o vaxt prosesi yaxşı analiz edib danışırdı. Sonradan bəlli oldu ki, məlumatları necə alırmış və kim ötürürmüş…nə isə, keçək əsas məsələyə.
Bu şərhi 12 oktyabrda yazmışam. Bu faktları cəbhədə olan dostlar da təsdiqləyirdilər. Hətta sanki öz gözlərimlə görüb yazmışam kimi qələmə verənlər də oldu.
Beləliklə, müasir Hərbi tarixinə fenomenal taktiki və strateji gedişlərinin çoxluğu ilə düşən Möhtəşəm Cəbrayıl Döyüşü… Gələcəkdə hərb tarixinə qızıl hərflərlə yazılacaq Cəbrayıl döyüşü!
 Ukraynalı hərbi ekspert Yuri Podolyak öz youtube kanalında 03-07 oktyabr tarixlərində Cəbrayılda gedən döyüşlərlə bağlı çox maraqlı analiz edərək bu döyüşə II Qarabağ müharibəsinin gələcək taleyini həll edən döyüş adlandırıb. Rusiyalı hərbi bloger izah edir ki, Cəbrayıl döyüşü faktiki olaraq ermənistanın ən böyük məğlubiyyəti, ermənistanda daxili siyasətə ciddi təsir edən hərbi əməliyyat, tarix kitablarına düşə biləcək möhtəşəm Döyüş Taktikasıdır.
Ekspert deyir ki, həmin döyüşlərə hər iki tərəfdən cəm halda 25-30 min qüvvə cəlb olunub. Çox böyük döyüş olub və yekunda erməni tərəfin böyük məğlubiyyəti ilə bitib.
Ermənilər bu əməliyyata o qədər önəm verirmişlər ki, hətta Paşinyan çıxışında da gizli də olsa müharibənin birdəfəlik bitəcəyini deyib. Sadəcə Paşinyan bilməyib ki, Azərbaycan Rəhbərliyi bütün döyüşlərə ciddi və vacib döyüş kimi yanaşır və belə demək mümkündürsə, əsl Sərkərdə kimi bütün detalları dəyərləndirir.
Şərhə görə, ermənilər elə ilk döyüşdəcə geriyə, dağlara tərəf çəkilərək, bütün düzənliyi Azərbaycan Ordusuna saxlayıblar. Onlar bununla Azərbaycan Ordusunun sürətlə Qubadlıya qədər irəliləyəcəyini düşünüblər. Beləcə ermənilər geri çəkilərək, bütün güclərini toplayaraq Azərbaycan Ordusunun Cəbrayıl boyu qərbə irəliləməsinə şərait yaradıblar. Azərbaycan tərəfinin ilk hücumu effektli olmayıb. Sonra ikinci hücum olub və Azərbaycan Ordusunun əsgərləri rayon mərkəzini tutublar, hətta rayon mərkəzində foto da çəkdiriblər. Həmin vaxt əsgərlərimiz bilmirlərmiş ki, onları ermənilərin tələsi gözləyir. ermənilər Ordumuz tam keçib gedəndən sonra Hadrutdan Araz istiqamətində Horadizə qədər perependikulyar hücuma keçərək, Ordunun ön hissəsi ilə arxa hissəsini ayrmaq, ön hissəni mühasirəyə salmaq istəyiblər. (qırmızı xətlə göstərilib). Bu əməliyyata bir neçə tank batalyonu, çoxlu sayda canlı qüvvə, bir sözlə bütün qüvvələrini cəlb ediblər. Bu əməliyyata o qədər əmin olublar ki, hətta Paşinyan 06 oktyabrda TV-də çıxış edərək əməliyyatın uğurlu getdiyini deyib və xalqı az qala təbrik də edib.
Əməliyyatın gedişindən bəlli olur ki, Azərbaycan tərəfi düşmənin bu hücumunu duyub və onların böyük qüvvə ilə Horadiz istiqamətində hərəkətinə bilərəkdən mane olmayıb. Erməni qüvvələrini müəyyən yerə gələ qədər hərəkətini Ordumuz gözləyib. Və qəfildən 3 tərəfdən hücuma keçərək, erməni qüvvələrini darmadağın ediblər. Canlı qüvvə, texnika və silah-sursat sarıdan düşmənin itkisi çox böyük olub. Xatırlayırsınızsa külli miqdarda yararlı tank, işlənməmiş silah-sursat, məhv edilmiş əsgər meyitləri olan video paylaşılmışdı. Həmin kadrlar qeyd etdiyimiz möhttəşəm Cəbrayıl əməliyyatından imiş.
Bu əməliyyatı düşünən, yerinə yetirən, qəhrəmanlıqla döyüşən, soyuqqanlı qərar qəbul edən hər kəsə eşq olsun! Şücaətiniz qarşısında baş əyirəm!!!
SƏNAN NƏCƏFOV
12.10.2020
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!