22 Oktyabr 2025 / 13:12

Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin rüşvət adası…

Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin barəsində olan istintaq sənədlərində inanılmaz və ağlagəlməz faktlar yer alır… Tezadlar.az xatırladır ki, məsələn, o, bir nəfəri yanğından mühafizə üzrə müfəttiş təyin etmək üçün 2500 manat, başqa bir qadını xadimə kimi işə qəbul etmək üçün isə 1500 manat rüşvət alıb.
 Bundan əlavə, Haqverdiyevin istirahət evinin inzibati qeydiyyatçısının gecə növbəsindən gündüz növbəsinə keçirilməsi üçün 500 manat, dizelçi-elektrikin əmək müqaviləsinin uzadılması üçün isə əlavə məbləğdə rüşvət aldığı məlum olub.
Hərbi ekspert Ədalət Verdiyev bu və ya digər məsələ ilə bağlı sual verir: “…Bu tip mənfi xüsusiyyətlərə malik insanların məsul vəzifəyə irəli çəkilməsi üçün təqdim edənləri də cəzalandırmaq lazımdır ki, basqalarin gələcəkdə belə səhv təqdimatlara imza atmasın. Xadimə qadından rüşvət alan baş zabiti (?) hansı mühit, hansı məktəb, hansı ailə və hansı məqsədlə yetişdirib?”.
Çətin sualdır, deyilmi?!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!