Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2025 / 11:59

“Muğam aləmi” Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub.

Tezadlar.az xəbər verir ki, festival çərçivəsində keçiriləcək “Səfiəddin əl-Urməvinin Musiqi İrsi – Keçmişlə Müasirlik Arasında” adlı simpoziumun iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə simpoziuma daxil olan musiqiyə aid risalələr təqdim edilib. Sərgi iştirakçılarına burada nümayiş olunan 37 eksponat barədə məlumat verilib.

Azərbaycan, türk, fars və ərəb dillərində yazılmış həmin eksponatlar arasında musiqiyə aid risalələr, orta əsrə aid əlyazma miniatürlərində musiqi alətləri yer alıb.

Sərgi qonaqların böyük marağına səbəb olub.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!