Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar artist Elnarə Abdullayeva oğlundan danışıb.
Tezadlar.az xəbər verir ki, müğənni “Qonaqcanlı” proqramında övladının qız seçiminə qarışmadığını bildirib. O, qeyd edib ki, oğlu ailə quracağı xanımı özü seçməlidir:
“Oğluma niyə qız tapıram ki? Özünün gözü və ağlı var. Neçə ildir yaşayır. Oxutmuşam, universitet bitirib. Ağıllı oğlandır, gedib özü tapsın. Mən sadəcə ailəsi ilə maraqlana bilərəm ki, yaxşıdır və ya necədir. Necə oğul böyütmüşəm ki, hələ qız tapa bilmir? Elə şey olar?”.
Qızı Xədicənin bir vaxtlar sosial şəbəkədə blogerlik etməsi məsələsinə toxunan E.Abdullayeva buna etiraz etdiyini bildirb:
“Bloger olunca oxuyan olardı da… Səsi var, amma lazım deyil. Onun nə blogerliyi, nə də müğənniliyi lazımdır. Gedib oturub evində xanımlığını etsin. Biz nizamda olmalıyıq. Hər şey olmaz axı…”.
Qeyd edək ki, E.Abdullayevanın bir qız, bir oğul övladı var. İfaçının qızı Xədicə ailə qurub.