Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Noyabr 2024 / 11:16

MÜHAFİZƏ ALAYINDA ZƏFƏR GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında tədbir keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi hissədən sonra əsgərlərin ifasında “İşğaldan zəfərə” adlı bədii kompozisiya və Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə Penitensiar xidmətin məsul əməkdaşları, Mühafizə alayının komandanlığı, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları çıxış ediblər.

Sonda Mühafizə alayında şəhidlərin xatirəsinə inşa edilmiş abidənin qarşısına gül dəstələri qoyulub.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!