Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2025 / 19:01

Məhərrəmlikdə İrandan göndərilən bir eşşək yükü xurma ilə narkotiki bağlamasını səhv saldılar

Bu dəfə də DTX İrandan 42 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı aldı. Tezadlar.az xatırladır ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində birgə əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə Azərbaycanın İranla sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müqəddəs Məhərrəmlik ayında belə bir “sovqat”ın qarşısının alınması suallar doğurur. Götünür, xurma ilə narkotik bağlamasını səhv salıblar…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!