11 Sentyabr 2025 / 23:59

Musa Qurbanlı ailə həyatı qurur – Qurban Qurbanovun oğlunun toyu

Azərbaycan millisi və “Qarabağ”ın futbolçusu Musa Qurbanlının bu gün toyudur.

“Tezadlar” xəbər verir ki, Qurban Qurbanovun oğlunun toy mərasimi paytaxt restoranlarından birində keçirilir.

Toy mərasimdən fotonu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Musa Qurbanlı “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun qızı ilə ailə həyatı qurur.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!