Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Növbəti illərdə su problemi çox təhlükəli hal ala bilər”. Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı “LCOY Azərbaycan 2025″in bağlanış mərasimində deyib. M.Babayevin sözlərinə görə, növbəti illərdə təhsil sistemində suya qənaət, düzgün yığılması, paylanması, kənd təsərrüfatında istifadəsi kimi mövzular tədris olunmalıdır: “Təhsil sistemi ilə iqlim dəyişikliyi mövzusu bir-biri ilə sıx əlaqəlidir. Buna görə də sözügedən mövzular mütləq tədris olunmalıdır. Gözəl gələcək üçün gənclər mütləq iqlim dəyişmələri mövzusunda maariflənməlidir”.
Bəli, yer kürəsi bu dəfə insanları su ilə imtahana çəkir. Deməli, sudan qənaətlə istifadə labüddür, həyati əhəmiyyətlidir.