Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, tanınmış müğənni, “Eurovision” təmsilçilərimizdən olan Nadir Rüstəmli Novruz bayramını doğulub boya-başa çatdığı Salyan rayonunda qeyd edir.
Sənətçi şəxsi Instagram hesabının “story” (hekayə) bölməsində izləyiciləri üçün maraqlı paylaşım edib. Salyandan video paylaşan ifaçı təbiət qoynunda çəkilmiş görüntülərlə pərəstişkarlarının bayramını təbrik edib.
Səmimi görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, müğənni tez-tez yaradıcılıq işlərindən asudə vaxt tapan kimi ailəsinin yanına – rayona getməyi və oradan fotolar paylaşmağı sevir.
Səbinə Bağırova
P.S.Videonu aşağıdakı linkdə izləyin:
VİDEO