27 Oktyabr 2025 / 22:47

“Napoli”yə ağır itki: De Brüyne “Qarabağ”la oyunu buraxacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan İtaliya təmsilçisi “Napoli”nin aparıcı futbolçularından Kevin De Brüyne zədələnib.

Tezadlar.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, A Seriyasının VIII turunda “İnter”lə oyunda (3:1) sıradan çıxıb.

33-cü dəqiqədə penalti zərbəsindən hesabı açan belçikalı yarımmüdafiəçi elə həmin an zədələnib. Onun ən azı 3-4 ay yaşıl meydanlardan kənar qalması gözlənilir.

Qeyd edək ki, 34 yaşlı De Brüyne cari mövsüm “Napoli”nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. “Napoli” – “Qarabağ” matçı noyabrın 26-da, saat 00:00-da keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!