3 Oktyabr 2025 / 18:42

Narkotiklərin məhv edilməsi qaydasına dəyişiklik edildi

“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nda dəyişiklik edilib.

Tezadlar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyinə yeni hüquq verilib.

Belə ki, məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyinin kinoloji xidməti tərəfindən kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə oluna biləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!