Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Yanvar 2026 / 18:16

NATİQ QASIMOVUN BÜSTÜNÜN AÇILIŞI OLDU: BƏS BÜSTÜN MÜƏLLİFİ KİMDİR, BİLİRDİNİZMİ?

Bu gün Mingəçevir şəhərində Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 nömrəli tam orta ümumtəhsil məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib. Natiq Qasımobun qardaşı Nofəl Qasımov tezadlar.az-a bildirib ki, Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev iştirak edib. Açılışda Natiq Qasımovun doğmaları, eləcə də Mingəçevir şəhər İH-nin rəsmiləri, şəhər ziyalıları və döyüşçülər, hərbçilər iştirak edib.
Qeyd:  2024-cü ildə Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Məlumat üçün deyək ki, Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak etmişdir. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. O, Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı bu hadisənin canlı şahidi olan jurnalist Smirnovun Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrindəki “Strax” sərlövhəli məqaləsində ətraflı yazılıb.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!