Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


NATO-nun 17 ölkəsinin və İsveçin nümayəndələri bu gün Brüsseldə ümumi peyk kəşfiyyatı şəbəkəsi yaratmaq niyyəti haqqında saziş imzalayıblar.
Tezadlar.az-ın məlumatına görə, Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd edilib ki, sənəd Böyük Britaniyadan başqa və hələ alyansa qoşulmayan İsveç, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Türkiyə və Fransa tərəfindən imzalanıb.
O, “beynəlxalq əməkdaşlıq və milli kosmik imkanların bölüşdürülməsi yolu ilə kosmosa əsaslanan müşahidə imkanlarını təkmilləşdirəcək bir çərçivə hazırlamaq” arzusunu bəyan edir.
Bu gün Brüsseldə başa çatan NATO müdafiə nazirlərinin iki günlük görüşündən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq blokun kəşfiyyat məqsədləri üçün kommersiya və hökumət mülki və hərbi peyklərinin məlumatlarını birləşdirən virtual şəbəkənin yaradılması, strateji müdafiə və raket buraxılışının aşkarlanması qərarını təsdiqləyəcəyini bildirib.
E.ŞİRİNOV