27 Avqust 2025 / 21:42

Naxçıvanda “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üçün sənədləşmə işlərinə start verildi

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.

“Tezadlar”ın yerli bürosu xəbər verir ki, “Mədrəsə” tarix-memarlıq abidəsinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə “BİMD” QSC ilə müqavilə bağlanılıb.

Müqaviləyə əsasən şirkət tərəfindən XVIII əsr memarlıq abidəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Gələcəkdə də muxtar respublika ərazisində tarixi abidələrin qorunması və bərpası istiqamətində işlər davam etdiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!