9 Dekabr 2024 / 09:46

NAZİR MÜAVİNİ “YÜKSƏLİŞ”İN QALİBLƏRİ İLƏ GÖRÜŞÜB

İqtisadiyyat nazirinin müavini Anar Axundov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşüb.

TEZADLAR.AZ xəbər verir ki, görüşdə qaliblərin hazırda çalışdıqları sahələr üzrə təcrübələri, maraq göstərdikləri istiqamətlər, karyera hədəfləri barədə fikirləri dinlənilib.

Nazir müavini idarəçilikdə effektivliyin artırılması, qərarların verilməsi, strateji layihələrin icrası, tərəfdaşlarla əlaqələrin qurulması istiqamətində təcrübələrini bölüşüb.

Qaliblərin fərdi inkişaf planları üzrə bacarıqlarının gücləndirilməsi barədə müzakirələr aparılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!