Xatırlayanlar varsa, neçə il öncə, bir dəfə Mədəniyyət Nazirliyində çalışan tanınmış jurnalist- şair Vaqif Bəhmənli nazir Ə. Qarayevə bir şeir həsr etmişdi. Tərifin dozası bir az artıq olduğu üçün mətbuatda hay-küyə səbəb oldu, nazir də ona mükafat əvəzinə töhmət verdi! Çox abır-həyalı adam olan V. Bəhmənli dərhal ərizə yazıb işdən çıxdı!.. Mən də təsirlənib belə bir qəzəl yazdım.
Mən cahan mülkünüdə mütləq doğru halət görmədim
Hər nə gördüm əyri gördüm, özgə babət qörmədim! / Molla Pənah Vaqif
Əgər mədh etdimisə vəziri səyyahi mədəniyyəti,
Aldım ondan yağlı töhmət. quru xələt görmədim!
Milyardaları qaçırtdılar əlbir olub banklardan,
Mən bir qələm qəsb elədim, özgə qələt görmədim!
Vaqifa, sən şairi-jurnalistü-ziyaliyü qələmkarsan,
Müxtəsəri, bəylik getdi azar gəldi, haqq-ədalət görmədim!
Sultan MƏRZİLİ
(MOSKVA)