Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 May 2025 / 10:43

Nazir Fərid Əhmədov Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüşdü

Azərbaycan Ədliyyə naziri Fərid Əhmədov Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirib. Bu barədə tezadlar.az-a İctimai Şuranın sədri, tanınmış hüquqşünas Çingiz Qənizadə məlumat verib. O bildirib ki, görüşdə Nazirlik tərəfindən ədliyyə sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma istiqamətində atılan addımlar və gələcək planlar müzakirə olunub. Nazir Fərid Əhmədov İctimai şura üzvlərinin təklif və rəylərini dinləyərək, onların bu prosesdəki rolunu və Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə iştirakçılar ədliyyə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində fikir və təşəbbüslərini bölüşüblər. Sonda İctimai şura üzvləri səmimi gorüşə görə təşəkkürlərini bildirərək, bu cür dialoqun davamlı olmasının vacibliyini qeyd ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!