29 Yanvar 2024 / 08:51

NEFT EMALI ZAVODUNA PUA HÜCUMUNUN QARŞISI ALINIB

Yaroslavl vilayətində neft emalı zavoduna pilotsuz təyyarənin hücumunun qarşısını elektron müharibə sistemi alıb.

Tezadlar.az bildirir ki, bu barədə qubernator Mixail Evraev Telegram kanalında məlumat verib.

“Slavneft-YANOS neft emalı zavodunun elektron müharibə (EW) sistemi dron hücumunun qarşısını alıb. Hadisə yerində hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları işləyir. Xəsarət alan və yanğın olmayıb”, – Evraev yazıb.

Slavneft-YANOS zavodu şəhərin kənarında, M-8 Xolmogory federal magistral yolunun yaxınlığında yerləşir.

Yaroslavl neft emalı zavodu 1961-ci ildə istifadəyə verilmişdir. 1995-ci ildən şirkət şaquli inteqrasiya olunmuş Slavneft neft şirkətinin bir hissəsidir. Slavneft-YANOS-da orta neft emalı həcmi ildə təxminən 15 milyon ton təşkil edir.

​​​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!