11 Sentyabr 2025 / 20:50

Neftçalada faciə: ana körpəsini qucağından saldı, uşaq öldü

Neftşalada bir yaşlı körpə ana qucağından düşərək ölüb.

“Təzadlar” xəbər verir ki, hadisə rayonun II Qaralı kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızı qucağında olan əkiz uşaqlarından biri – 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!