17 İyul 2025 / 10:42

Netanyahu: Əs-Süveyda əməliyyatına İsrailin bütün hərbi strukturları cəlb olunub

“Tezadlar.az”ın məlumatına görə, Netanyahu bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Əziz həmvətən druzlar, İsrail vətəndaşları, Suriyanın cənub-qərbindəki Əs-Süveydada vəziyyət çox ciddidir. İsrail Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri fəaliyyət göstərir, digər qüvvələr də cəlb olunub. Biz druz qardaşlarımızı xilas etmək və quldur rejim dəstələrini məhv etmək üçün çalışırıq”, – Netanyahu qeyd edib.

O, hazırkı şəraitdə Suriya ilə sərhədi keçməyin son dərəcə təhlükəli olduğunu vurğulayıb:

“Siz həyatınızı riskə atırsınız. Buna görə də sizdən xahiş edirəm, evlərinizə qayıdın, İsrail Müdafiə Qüvvələrinin fəaliyyət göstərməsinə imkan verin”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!