Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin Baş naziri Benyamin Netanyahu iddia edib ki, İran guya nüvə bombası yaratmağa və ondan yəhudi dövlətinə qarşı istifadə etməyə hazırdır. Tezadlar.az İsrailin “Sputnik” nəşrinə istinadla xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Netanyahu iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “zənginləşdirilmiş uranla silahlanmağa” çalışır: “Biz bunu gördük. Biz dedik ki, bir il sonra onların nüvə bombası olacaq və ondan istifadə edəcəklər. Digər nüvə güclərindən fərqli olaraq, əslində ondan istifadə edib bizi Yer üzündən siləcəklər”, – deyə Netanyahu bildirib.