Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aktrisa Nigar Bahadırqızına ağır itki üz verib.
Tezadlar.az xəbər verir ki, sənətçi qardaşını itirib. O bu haqda danışıb: “Canımın yarısı getdi, qardaşım Vüqarı itirdim. Vüqar 1984-cü ildə doğulub, 3 qız övladı var. Dünən axşam 17:00-da ürək çatışmazlığından vəfat edib. Ən böyük qardaşım idi, 41 yaşı var idi. Çox ağır itkidir. Bu gün artıq vətənə gəlirəm (kövrəlir)” deyə sənətçi bildirib.
Qeyd edək ki, Nigar Bahadırqızı illərdir Türkiyədə yaşayır və orada fəaliyyət göstərir. Akrisa uzun illər Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında çalışıb.
Allah rəhmət etsin!