Bu gün Nəsimi Rayon Məhkəməsində “LİV Bona Dea “Hospital xəstəxanasının mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin ilk iclası keçirildi.
Bu barədə “Ali və Nino” kitab mağazaları şəbəkəsinin qurucusu Nigar Köçərli sosial media hesabında bildirib.
“Məlum olduğu kimi, sosial şəbəkə hesabımda xəstəxanada keçirdiyim əməliyyatdan sonra yaşadığım sarsıntılar və qarşılaşdığım problemlərlə bağlı paylaşım etmişdim. “Liv Bona Dea” xəstəxanası isə həmin paylaşımı əsas götürərək məni məhkəməyə verib və 222 min manat məbləğində təzminat tələb edir.
Bugünkü iclasda iş üzrə ilkin məsələlər müzakirə olundu və tərəflərin mövqeləri dinlənildi.
Növbəti iclas 7 aprel tarixinə təyin olundu. Prosesin gedişi ilə bağlı məlumatları paylaşmağa davam edəcəyik”, – deyə xanım Köçərli qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Nigar Köçərli
“Liv Bona Dea” Hospitalında əməliyyat olunub və tibbi xidmətin ona qarşı münasibətdən narazı qalmışdı. Sonradan başına gələnləri sosial şəbəkə hesabında ictimailəşdirərək Hospitalı məhkəməyə verəcəyini bildirmişdi.
JASMİN