14 Oktyabr 2025 / 17:07

Nikah müqavilələrinin təşviqi planlaşdırılır

Özbəkistanda Prezidentin sədrliyi ilə keçirilən müşavirədə boşanmaların və ailə münaqişələrinin qarşısının alınması üçün nikah müqavilələrinin təşviqi müzakirə olunub.

Tezadlar.az   Özbəkistan mətbuatına istinadən xəbər verir ki, ilin əvvəlindən Özbəkistanda təqribən 32 min ailə dağılıb, 16 min valideyn aliment ödəməkdən yayınır.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-də keçirdiyi müşavirədə boşanmaların sayının artmasına və ailələrin dağılmasından sonra uşaqların ağır vəziyyətinə diqqət çəkib. Prezidentin mətbuat katibi Şerzod Əsədovun yaydığı məlumata görə, ilin əvvəlindən ölkədə 32 minə yaxın ailə dağılıb, 16 min valideyn övladlarına aliment ödəməkdən yayınır.

Ərlərin ailələrini və uşaqlarını kredit borcları ilə tərk etməsi halları var.

Prezident qeyd edib ki, boşanma zamanı tərəflərin, xüsusən də uşaqların maddi sıxıntılarının qarşısını almaq üçün nikahdan əvvəl müqavilənin imzalanması və onun üstünlükləri təşviq edilməlidir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!