Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nizami Kino Mərkəzinin divarına qraffiti (Qraffiti (it. graffiare – “qaşımaq” sözündən) divarlarda, binalarda və ya digər ictimai yerlərdə rəng, mürəkkəb və ya cızılma üsulu ilə çəkilən rəsm, yazı və ya sənət əsərləridir) çəkən şəxslər saxlanılıb.
Tezadlar.az xəbər verir ki, qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B ilə valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.
Nizami Kino Mərkəzinə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.