Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Norveç hakimiyyəti Quranın yandırılması ilə bağlı krallıqda cümə günü keçirilməsi planlaşdırılan aksiyanı qadağan edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada gənclərlə görüşündə bildirib.
“Sabah Norveçdə müqəddəs kitabımız Qurana qarşı yönəlmiş aksiya ilə bağlı məlumat aldıqdan sonra Norveçin Ankaradakı səfirini nazirliyə çağırdıq. Norveç hakimiyyəti aksiya keçirmək üçün icazəni ləğv etdi”, – deyə türkiyəli nazir bildirib.
E.ŞİRİNOV