Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avstraliyalı mütəxəssis Angelos Postekoqlu İngiltərənin “Nottingem Forest” futbol klubunun baş məşqçisi vəzifəsindən azad edilib.
Tezadlar.az-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu gün İngiltərə çempionatının səkkizinci turunda “Nottingem” evdə “Çelsi”yə 3:0 hesabı ilə uduzub, komandanın bütün yarışlardakı qələbəsiz seriyası 10 matça çatıb. Komanda 5 xalla çempionat cədvəlində 17-ci yerdədir.