Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Mart 2026 / 21:03

O, ABŞ qoşunlarının Almaniyadan çıxarılmasına çağırdı

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Tino Krupalla ABŞ qoşunlarının ölkədən çıxarılmasına çağırıb.

Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, siyasətçi bu açıqlamanı Saksoniyada keçirilən partiya qurultayında verib.

Krupalla Löbau şəhərində çıxış edib. O xatırladıb ki, partiyanın nizamnaməsində Almaniya torpağında yerləşən bütün qoşunların geri çəkilməsi tələb olunur. Bundan əlavə, AfD Almaniya torpağında nüvə silahlarının saxlanmasına qadağa qoyulmasını dəstəkləyir.

“Gəlin bunu Amerika qoşunlarının Almaniyadan çıxarılması ilə həyata keçirməyə başlayaq”, – siyasətçi bildirib.

Onun sözlərinə görə, Almaniya beynəlxalq münaqişələrə cəlb edilməməli, müstəqil rol oynamalıdır. Krupalla qeyd edib ki, İspaniya amerikalılara İrana qarşı əməliyyatlar üçün hərbi bazalarından istifadə etməyi qadağan edib.

Hazırda Almaniyada təxminən 38.000 Amerika əsgəri yerləşdirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!