Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünyaca məşhur türk futbolçu Hakan Çalhanoğlu evlilik haqda açıqlaması ilə gündəmə gəlib. Adı son transfer dövrlərində tez-tez “Galatasaray”la hallanan futbolçu şəxsi həyatı barədə danışıb.
Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2017-ci ildə Sinem Çalhanoğlu ilə ailə quran futbolçunun adı bir müddət xəyanət iddialarında keçirdi. Münasibətlərinə yenidən şans verən cütlük çətin günləri geridə qoyub.
Hazırda “Inter Milan” klubunda çıxış edən futbolçu yutubda yayımlanan proqramlardan birində maraqlı fikirlər səsləndirib. Üç uşaq atası olan Çalhanoğlu evlilikdə xoşbəxtliyin sirrini belə izah edib: “Evlilikdə xoşbəxtliyin sirri – danışmadan anlaşa bilməyimizdir. O danışır, mən dinləmirəm”.
Futbolçunun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.