Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Telegram mesajlaşma proqramının yaradıcısı Pavel Durov Luvr soyğununu şərh edərək, bunu Fransanın tənəzzülü ilə əlaqələndirib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində açıqlama verib.
Onun sözlərinə görə, bu “tamamilə təəccüblü olmayan” insident Fransa hökumətinin üzərinə düşən vəzifələri yerinə yetirməməsi nəticəsində mümkün olub.
“Bu, bir vaxtlar böyük ölkənin tənəzzülünün daha bir kədərli əlamətidir, burada hökumət real təhlükələrlə üzləşmək əvəzinə, insanları xəyali təhdidlərlə yayındırmaq sənətini təkmilləşdirir”, – o yazıb.
Oktyabrın 19-da səhər saatlarında naməlum şəxslər Luvr muzeyinə daxil olublar. Onlar sarı iş jiletləri geyiniblər və təmir işləri aparmaq bəhanəsi ilə Apollon Qalereyasına daxil olublar və orada bir neçə dəqiqə ərzində Napoleonun zərgərlik kolleksiyasından doqquz əşya oğurlayıblar.
E.ŞİRİNOV