17 Dekabr 2024 / 05:35

ODLU SİLAHLA POLİSƏ MÜQAVİMƏT GÖSTƏRƏN ZƏRƏRSİZLƏŞDİRİLDİ

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətindən Tezadlar.az-a verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!