29 Sentyabr 2025 / 20:28

Ofelya Şabanova canlı yayımda özündən çıxdı – stəkanı yerə çırpdı

Müğənni Ofelya Şabanova qonaq olduğu Space TV-də canlı yayım zamanı əsəbiləşərək özündən çıxıb.

Tezadlar.az xəbər verir ki, verilişə daxil olan telefon zəngində onun qardaşı ilə bağlı səsləndirilən iddialar ifaçının kəskin etirazına səbəb olub.

Hadisədən sonra kulisdə gərginlik davam edib. İfaçı əsəbi halda aparıcı ilə mübahisə edib və əlindəki stəkanı yerə çırparaq sındırıb.

Məlumata görə, mübahisə daha da böyüdüyü üçün Ofelya Şabanova studiyanı tərk edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!